Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtın Həsən Əliyev küçəsində sürücülər arasında mübahisə yaranıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 8-də saat 14:30 radələrində qeydə alınıb.
Kadrlardan görünür ki, 99-FG-002 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü zolağına tam yerləşmədən yanaşı zolağa çıxaraq hərəkət edir. Bu zaman o, sağ zolaqda hərəkətdə olan avtomobilin yolunu kəsərək sürücünün hərəkətini məhdudlaşdırır.
Görüntünü qeydə alan sürücü siqnal verərək ona xəbərdarlıq edir, daha sonra ən sağ zolağa keçərək yenidən öz zolağına qayıdır. Ardınca “Toyota”nın sürücüsü sürətini artıraraq ona yaxınlaşır.
Tərəflər arasında yaranan dialoq zamanı görüntünü qeydə alan sürücü “Qardaş, sən nə edirsən? Elə maşın sürərlər?” deyə etirazını bildirir. “Toyota”nın sürücüsü isə “Sən sağdan ötmə edirsən” cavabını verir.
Bu cavaba əsəbiləşən sürücü “Mən öz zolağımla gedirəm, sən çıxırsan üstümə” deyərək iradını bildirir.
Nərmin
bax.tvhttps://player.bax.tv/embed/227705.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar