Bakıda sürücülər yolu kəsib dava etdilər, sonra yarışa çıxdılar VİDEO

07.02.2025

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Paytaxtın Sabunçu rayonunda sürücülər arasında baş vermiş mübahisə avtomobilin videoregistratoruna düşüb.

Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz hadisə fevralın 7-də saat 10:01 radələrində Zabrat şossesində qeydə alınıb. Belə ki, 90-EY-194 dövlət nömrə nişanlı “Volkswagen” markalı avtomobilin sürücüsüylə, 90-FU-282 dövlət nömrə nişanlı “Hyundai” markalı yük maşınının sürücüsü arasında insident yaşanıb. Kadrdan da göründüyü kimi, “Volkswagen”in sürücüsü maşını yolda saxlayaraq gərgin şəkildə digər sürücüylə mübahisə edib. Ardınca o, yük maşınının qapısını çırparaq avtomobilinə qayıdıb. Yolda sıxlığa səbəb olan sürücülər digər hərəkət iştirakçılarına çətinlik yaradıblar. Davadan sonra hirsi soyumayan “Volkswagen”in sürücüsü avtomobili yük maşınına yaxın sürərək onu ötməyə çalışıb və bu zaman qəza şəraiti yaradıb.

Qeyd edək ki, hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью