Bakıda sürücülərə XƏBƏRDARLIQ Bu yoldan keçmək təhlükəlidir

06.11.2026

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində yolun bərbad vəziyyətdə olması sürücülərə problem yaradır.

Bu barədə avtomobilin sürücüsü Nigar Hüseynova BAKU.WS-in "qaynar xətti"nə məlumat verib.

Onun sözlərinə görə, hadisə Yeni Azərbaycan Partiyasının qarşısında, Almas İldırım küçəsində baş verib. Yolda yaranmış çuxura düşən avtomobilin təkəri partlayıb.

Sürücü qeyd edib ki, ərazidə yolun vəziyyəti ilə bağlı problem təkcə onunla məhdudlaşmır. Yerli sakinlər də bildirirlər ki, həmin ərazidə oxşar hadisələr tez-tez baş verir.

Sakinlər aidiyyəti qurumlardan yolun təmir olunmasını və problemin aradan qaldırılmasını istəyirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью