Bakıda sürücülərə ziyan vuran LATOK; 3 avtomobilə zərər dəydi VİDEO

07.12.2024

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Ziya Bünyadov prospektində (Dərnəgül yolu) asfaltda yaranan çuxur avtomobillərə ciddi ziyan vurub.

Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, axşam saatlarında üç avtomobil yolun hərəkət hissəsindəki çuxura düşüb və təkərləri partlayıb.

Bundan şikayətlənən sürücülər asfaltda yaranan çuxuru və avtomobillərin deşilən təkərlərini mobil telefon vasitəsilə qeydə alaraq şəxsi hesablarından paylaşıblar.

Həmin görüntüləri təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью