Icma.az, Milli.az saytına istinadən bildirir.
Dəmirçizadə küçəsindən Qarabağ küçəsinə gedən yolda hərəkət sxemi dəyişdirilib. Artıq əvvəllər düzünə hərəkət üçün istifadə olunan zolaq ləğv edilib və həmin hissə yalnız avtobusların hərəkətinə ayrılıb.
Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolara əsasən, dəyişiklikdən xəbərsiz bəzi sürücülər avtobus zolağına daxil olduqları üçün 100 manat cərimə və 2 bal alıblar.
İddialara görə, qaydanın tətbiqindən cəmi bir saat ərzində 50-dən çox sürücü cərimələnib.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Milli.Az - Xəbər Portalı