Bakıda Tacikistanın MDB yə sədrliyi müzakirə edilir

23.01.2025

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Tacikistanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə 2025-ci ildə Tacikistan Respublikasının Müstəqil Dövlətlər Birliyində (MDB) sədrliyinə həsr olunmuş brifinq keçirilir.

Teleqraf.com xəbər verir ki, məqsəd MDB-nin 2025-ci ildə siyasi, iqtisadi və humanitar sahələrdə, o cümlədən təhlükəsizliyə və institusional inkişafına çağırış və təhdidlərə qarşı mübarizə sahəsində Tacikistanın sədrliyinin əsas prioritetlərinin təqdimatıdır.

Brifinqdə Azərbaycanın Xarici İşlər Nazirliyinin nümayəndələri, MDB-ə üzv olan dövlətlərin ölkəmizdəki diplomatik korpusunun rəhbər və nümayəndələri iştirak edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью