Bakıda taksi duracağı və minib düşmə yerləri yaradılır AYNA dan CAVAB

22.06.2026

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Paytaxtda xüsusi hərəkət zolaqlarından istifadə qaydaları ilə bağlı sürücüləri ən çox maraqlandıran məsələlərdən biri sərnişinlərin harada minib-düşə bilməsidir. Xüsusilə taksi sürücüləri və minik avtomobili sahibləri üçün bu istiqamətdə hansı imkanların yaradıldığı maarqlıdır.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Redaktor.az-ın n sorğusuna cavab olaraq bildirildi ki, AYNA tərəfindən xüsusi hərəkət zolaqlarında minik avtomobillərinin, o cümlədən, taksi nəqliyyat vasitələrinin sərnişinlərinə minib-düşmək üçün şərait yaradılıb.

"Bu günə qədər 30-a yaxın məntəqədə minib-düşmə yeri təşkil edilib. Taksi duracağı və minib-düşmə yerlərinin yaradılması istiqamətində işlər davam etdirilir. Yeni yerlər yaradılaraq mütəmadi olaraq ictimaiyyətə bu barədə məlumat da verilir", - deyə AYNA-nın cavabında qeyd olunur.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью