Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda taksi sürücüsünün 11-ci sinif şagirdi olan oğlana cinsi təcavüz etdiyi iddia olunur.
"Bakupost" xəbər verir ki, bu barədə bloger Saleh Nəsirova təcavüzə məruz qaldığı iddia edilən məktəblinin bacısı videomüraciət ünvanlayıb.
O bildirib ki, hadisə oktyabrın 20-də qardaşı hazırlıq dərsindən evə manatlıq taksi ilə qayıdarkən baş verib. İddialara görə, 256 dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin sürücüsü Çərkəz Hüseynoğlu məktəbliyə qarşı cinsi zorakılıq edib.
Məktəblinin bacısı qeyd ki, hadisədən sonra qardaşı şok vəziyyətində olub və evə çatdıqda baş verənləri ailəsinə danışıb.
“Hadisədən sonra qardaşım şokda idi. Evə çatanda bizə hər şeyi danışdı. Bu adam artıq saxlanılıb, lakin iki gündən sonra azadlığa çıxacaq. Həmişəki kimi normal həyatını yaşayacaq, uşaqlarımızın, qardaşlarımızın və bacılarımızın təhlükəsizliyi isə təhlükə altında qalacaq”, – deyə o bildirib.
Bakupost-un əldə etdiyi məlumata görə, hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır.
Lalə, BakuPost