Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi

01.08.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Bakının Binəqədi rayonunda taksi sürücüsünə qarşı quldurluq hadisəsi baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, zərərçəkənin idarə etdiyi KIA markalı avtomobilə müştəri kimi minən naməlum şəxs onu kəsici-deşici alətlə hədələyib və pul vəsaitini talayıb.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı T.Binyətov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью