Bakıda taksi sürücüsünün qazancı müzakirə yaratdı (Video)

13.09.2026

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Taksi sürücüsünün gündəlik iş rejimi və qazancı ilə bağlı açıqlaması sosial şəbəkələrdə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sürücü səhər saat 7-dən sükan arxasında olduğunu və gün ərzində fasiləsiz çalışdığını bildirib. O, iş gününün sonunda evə olduqca yorğun vəziyyətdə çatdığını deyib.

"Səhər tezdən, saat 7-dən sükan arxasında oluram, düz axşama qədər maşın sürürəm. Axşam o vəziyyətdə çatıram ki, evdəkilərə zəng edirəm, onlar gəlib məni götürürlər. Səni oturacaqdan qoparıb..." - deyə sürücü bildirib.

Onun sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Açıqlamada taksi sürücülərinin uzun iş saatları və günün sonunda qazancı müzakirə yaradıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью