Bakıda taksilər üçün xüsusi dayanacaq yaradılır

07.10.2025

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev Ölkə.Az-a bildirib ki, qurum tərəfindən 170 belə dayanacaq müəyyən edilib. Onun sözlərinə görə, bu dayanacaqlara rəsmi qeydiyyata alınır.

"Bakı ərazisində Bakı Nəqliyyat Agentliyi tərəfindən 170 taksi dayanacağı müəyyənləşdirilib. Hazırda müəyyən olunan taksi dayanacaqlarına pasportlar verilir. İndiyə qədər Agentlik tərəfindən 79 belə dayanacaq pasportlaşdırılaraq taksi sürücülərinin ixtiyarına verilib. Əvvəl taksilər harada gəldi dururdular. Artıq biz taksilərin dayanmaları üçün xüsusi yerlər müəyyənləşdirmişik. Bunların bir hissəsi artıq pasportlaşdırılıb, qalanların da pasportlaşdırılması davam edir", - deyə M. Ağayev bildirib.

Mais Ağayev onu da əlavə edib ki, şəhərdə və qəsəbələrdə taksilər dayanan qeydiyyata alınmamış taksi dayanacaqları var. Onların hamısı qeydiyyata alınacaq və rəsmiləşdiriləcək. Qeydiyyata alınmamış yerlərdə dayanan taksilər dayanma-durma qaydasını pozmuş hesab olunacaqlar və yol polisi tərəfindən cərimələnəcəklər.

Ziya Səccad
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью