Bakıda taksilərin qiyməti qalxdı Bəzi ərazilərə gediş haqqı 35 40 manatdır

23.02.2025

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Bakıda taksi ilə sərnişin daşıyan şirkətlər qiymətləri qaldırıblar.

Gununsesi.info xəbər verir ki, adi günlərdə 5-7 manata gedilən məsafələrin gediş haqqı hazırda 26-28 manat arasında dəyişir.

Paytaxtın bəzi ərazilərinə taksi ilə getmək istəyən sərnişinlər 35-40 manat ödəməlidirlər. Adi günlərdə həmin məsafələrin qiyməti 13-17 manat təşkil edirdi.

Bundan başqa, fevralın 23-də günün ikinci yarısından Bakıda taksi tapmaq da çətinləşib. Taksi sifariş edən sərnişinlər avtomobilin gəlməsi üçün 15-20 dəqiqə gözləməli olurlar.

Taksi xidməti göstərən operatorlar isə qiymət artımının səbəbləri barədə açıqlama verməyiblər. Görünür bu, Bakıda hava şəraitinin qarlı və şaxtalı keçməsi ilə bağlıdır.(Teleqraf.az)

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью