Bakıda tamamilə elektrik mühərrikli avtobuslara keçəcək

20.11.2024

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"2030-cu ilədək paytaxtda bütün ictimai nəqliyyat vasitələrinin elektrik mühərrikli analoqları ilə əvəzlənməsi nəzərdə tutulub".

Modern.az xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev söyləyib.

Nazir əlavə edib ki, Azərbaycan yaxın zamanlarda dayanıqlı ekosistemin yaradılması barədə öhdəlik götürüb:

"Biz 100 kilometr mikromobil zolaqların çəkilməsini nəzərdə tutmuşuq. 160 ədəd elektrikli avtobus ölkəyə gətirilib. Bunların sayı artırılacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью