Bakıda tanınmış cərrah avtobusda öldü Foto

27.01.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Bakıda sərnişin marşrut avtobusunda vəfat edib.

Modern.az xəbər verir ki, hadisə Yasamal rayonu Hüseyn Cavid prospektində qeydə alınıb.

53 saylı xətt avtobusunda Bakı şəhər sakini 1957-ci il təvəllüdlü Məhyəddin Məhəmməd oğlu Aydəmirov qəfil vəfat edib.

Dərhal təcili tibbi yardım çağırılsa da, onun öldüyü müəyyən edilib.

İlkin məlumata görə, M.Aydəmirov infarktdan həyatını itirib.

Qeyd edək ki, vəfat edən şəxs cərrah olub. O, uzun illər Sumqayıt Uşaq Xəstəxanasında uşaq cərrahı kimi işləyib.

Araşdırma aparılır. (Qafqazinfo)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью