Bakıda tanışlıq bəhanəsi ilə kişinin pulunu oğurlayan qadın SAXLANILDI

03.08.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Paytaxtın Nəsimi rayonunda tanış olmaq məqsədilə kişiyə yaxınlaşaraq onun pulqabısını oğurlayan qadın saxlanılıb.
Bizim.Media Oxu.az-a istinadən xəbər verir ki, zərərçəkən polisə müraciət edərək içərisində 900 manat pul, bank kartları və şəxsiyyət sənədləri olan pulqabısının oğurlandığını bildirib.
 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər analoji cinayətə görə məhkum olunmuş 43 yaşlı O.Musayeva müəyyən edilərək saxlanılıb.


Araşdırmalarla məlum olub ki, o, tanış olmaq məqsədilə zərərçəkənə yaxınlaşıb, diqqətini yayındıraraq pul kisəsini oğurlayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью