Bakıda tarixi bina təmir olunacaq 2,8 milyon ayrıldı

24.10.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) "Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 4 ünvanında yerləşən 3 mərtəbəli tarixi yaşayış binasının əsaslı təmiri"nin satın alınması üzrə tender elan edib.

Tenderdə iştirak haqqı 1 000 manat təşkil edir.

Tenderin ehtimal olunan qiyməti 2,796 milyon manat təşkil edir.

Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 17 noyabr saat 18:00-dək (GMT+4) təqdim etməlidirlər. Tender zərflərinin açılışı da 17 noyabr saat 18:00-da (GMT+4) keçiriləcək.

Əlavə məlumat üçün telefon: (+994) 50 612 15 27

Əlaqələndirici şəxs: Xələf Şıxəliyev

E-poçt: ahmed.mmmdov@gmail.com

Ünvan: İstiqlaliyyət 18

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью