Bakıda tarixi binanın qapısını söküb yerinə bunu qoydular FOTO

24.11.2026

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Bakıda dövlət mühafizəsində olan memarlıq abidəsinin tarixi qapısının sökülərək şüşə konstruksiya ilə əvəz edildiyi müəyyən olunub. Faktla bağlı araşdırma aparılır. söhbət paytaxtın Üzeyir Hacıbəyli küçəsi-9 ünvanında yerləşən, inventar nömrəsi 3426 olan yerli əhəmiyyətli memarlıq abidəsindən gedir".

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə "Yeni Sabah"ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən binaya baxış keçirilərkən birinci mərtəbədə qanunsuz müdaxilə faktı aşkarlanıb:

“Hazırda müdaxilə faktı ilə bağlı araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür. Eyni zamanda, abidəyə dəymiş ziyanın ödənilməsi və onun ilkin görkəminə qaytarılması istiqamətində işlər davam etdirilir”, - Dövlət Xidmətindən bildirilib. Məişət texnikası

Əsmətxanım Rzazadə 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью