Bakıda tarixi binaya müdaxilə edildiyi iddia olunur Rəsmi qurum hərəkətə keçdi

08.10.2025

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakının mərkəzində yerləşən Məhəmməd Əmin Rəsulzadə küçəsi 5 ünvanında tarixi binaya müdaxilə edilir.

Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, ərazidə tarixi binaya qanunsuz müdaxilə edilir və aparılan işlər nəticəsində küçə daralır.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, sözügedən halla bağlı araşdırma aparılacaq.

Ərazidən kadrları təqdim edirik:

Qalereya

Banu Hüseynli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью