Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəmə istintaqı davam edir.
Haqlı olaraq "Nürnberq prosesi" adlandırılan məhkəmə prosesində müttəhimlər kürsüsünü Arkadi Qukasyan başda olmaqla digər 14 nəfər bölüşürlər.
Yenisabah.az xəbər verir ki, geniş ictimaiyyətin diqqət mərkəzində olan proses Bakı Məhkəmə Kompleksinin inzibati binasında keçirilir.
Cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə baxılır.
Həmçinin ehtiyat hakim qismində Günel Səmədova iştirak edir.
Qeyd edək ki, məhkəmədə dövlət ittihamçısı qismində 6 nəfər prokurorluq əməkdaşı çıxış edir.
Bu gün, iyunun 5-də keçirilən prosesdə zərərçəkənlər ifadə verəcək, müttəhimlər azadlıqda olduqları günlərdə çəkib ictimailəşdirdikləri videolar tədqiq olunur.