Bakıda tarixi məhkəmə prosesi: Qarabağ cinayətlərinə hüquqi nöqtə qoyyulur

04.02.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

“Azərbaycan xalqına qarşı ağır cinayətlər törətmiş şəxslərin Bakıda mühakiməsi və prosesin nəhayət yekunlaşmaq üzrə olması böyük bir tarixdir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında hüquq müdafiəçisi Xəzər Teyyublu deyib.

Onun sözlərinə görə, Qarabağda keçmiş separatçı rejimin qurulmasında iştirak etmiş və 30 il ərzində çoxsaylı cinayətlər törətmiş şəxslərin öz hüquqi şəkildə cəzalandırılması çox önəmlidir:

“Qanunlar qarşısında hamı bərabərdir. Xüsusən, Qarabağda işğal dövründə separatçılıq və terrorçuluqla məşğul olmuş ermənilər ən ağır şəkildə cəzalarını almalıdır. Artıq Cənubi Qafqazda tamamilə yeni ictimai-siyasi dönəm başlayır. Azərbaycan avro-atlantik məkanda böyük tranzit-logistik  qovşağının üzərində yerləşir. Ölkəmizin Şərq-Qərb və Şimal-Cənub beynəlxalq dəhlizlərin ən əsas halqasını təşkil etməsi Azərbaycanda dayanıqlı sülhün və sabitliyin olmasını zəruri edir”.

Müsahibimiz qeyd edib ki, o baxımdan, Azərbaycan daxilində pozuculuq, separatçılıq hərəkətlərinə rəvac verən ünsürlər zərərsizləşdirilməlidir. Bakıda keçirilən məhkəmələr və orada qəbul edilən qərarlar, verilən hüquqi cəzalar ədalətin bərpası ilə yanaşı, həm də bu məqsədlərdə olanlar üçün ciddi mesaj, çəkindirici amil rolunu oynayır.

Xəzər Teyyublu: Koçaryan və Sarkisyan da törətdikləri cinayətlərə görə məhkəmə qarşısında cavab verməlidirlər

X.Teyyublu əlavə edib ki, qanunlarımızı pozanlar, dövlətçiliyimiz və suverenliyimiz əleyhinə çıxanlar gec-tez mütləq mühakimə olunacaq və öz cəzalarını alacaqlar:

“Əli xalqımızın qanına bulaşmış, Azərbaycan torpaqlarının işğalında, qətliamlarda birbaşa iştirak etmiş Robert Koçaryan və Serj Sarkisyan kimi canilərin də törətdikləri cinayətlərə görə məhkəmə qarşısında cavab vermələrini tələb edirik. Bunu tələb etmək Azərbaycanın tam haqqıdır. Hər iki şəxs Azərbaycanda böyük cinayətlər törədiblər. Ermənistan tərəfi Cənubi Qafqazda dayanıqlı sülhdə maraqlıdırsa, yaxşı olar ki, həmin cinayətkarları Azərbaycana təhvil versin. Çünki onlar erməni cəmiyyəti üçün də ciddi təhlükə və fəlakət deməkdir”.

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesi fevralın 5-də davam etdiriləcək.

Xatırladaq ki, məhkəmə prosesi 2025-ci il yanvarın 17-də başlayıb. Dekabrın 26-da məhkəmə kollegiyası müşavirəyə gedib.

İnsanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin ədalət mühakiməsinə cəlb etmək, buna nail olmağın özü ədalətin təntənəsindir, münaqişələrin və müharibələrin ədalətli həlli üçün ən məqbul modeldir. Bir çox münaqişə və müharibələr bitir, lakin çoxsaylı mülki insanların qətlində əli olan cinayətkarlar məsuliyyətdən kənarda qalırlar. Bu, müharibə və münaqişələrin natamam həllidir. İndiyə kimi bir çox nümunə var ki, müharibə cinayətkarları ədalət mühakiməsinə cəlb olunmamış qalıblar. Təcrübədə belə bir nümunə İsrailin təcrübəsində mövcuddur. Belə ki, İsrail milyonlarla yəhudinin qətlində əli olan faşist rejiminin ən qəddar simalarını müharibə bitəndən xeyli sonra müxtəlif ölkələrdə taparaq cəzalandırılmasına, mühakimə edilməsinə  nail oldu. Ancaq həmin cinayətkarların heç də hamısı məsuliyyətə cəlb edilmədi və layiq olduqları cəzaları almadılar. Keçmiş Yuqoslaviyada münaqişələr bitdikdən sonra müharibə cinayətkarlarının bəziləri ədalət mühakiməsi qarşısına çıxarıldılar. Lakin bu, beynəlxalq birliyin ümumi səyləri nəticəsində mümkün oldu.

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью