Bakıda “Təbrik Palace”da kütləvi dava

04.11.2024

Icma.az, Tribuna saytına istinadən bildirir.

Bakının Xətai rayonunda kütləvi dava baş verib.

Hadisə Məhəmməd Hadi küçəsində yaşanıb.

“Təbrik Palace” şadlıq evində toy məclisi zamanı tərəflər arasında dava düşüb. Dava kütləvi hal alıb. Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirilib ki, hadisə ilə bağlı artıq ərazi üzrə müvafiq polis şöbəsində araşdırmalar başlayıb.

Qeydə alınan insidentdə iştirak edən şəxslər müəyyən olunub və izahatları alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью