Bakıda təcili tibbi yardıma yol verdi, ziyana düşdü Video

17.11.2026

Icma.az, Bizim media saytına istinadən bildirir.

Bakıda təcili tibbi yardım avtomobilinə yol verən sürücünün maşınına ziyan dəyib.
Bizim.Media xəbər verir ki, hadisə noyabrın 16-da saat 20:40-da Moskva prospektində baş verib.
Tıxac zamanı sürücü təcili tibbi yardım avtomobilinə yol vermək üçün maşınını sağa çəkib. Təcili yardım avtomobili keçdikdən sonra isə öz yoluna qayıtmağa çalışıb.
Bu zaman tıxacdan təcili yardım avtomobilinin arxasınca sürməklə çıxmağa çalışan digər avtomobil həmin maşının yan güzgüsünü zədələyib.
Hadisəni törədən sürücü isə ərazidən uzaqlaşıb. (Oxu.az)

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью