Icma.az, Avtosfer portalına istinadən məlumat verir. Ötən gün Bakıda təcili yardım avtomobili qəzaya uğrayıb.
Hadisə nəticəsində 2 nəfər xəsarat alıb. Avtosfer.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi qəzanın görüntülərini yayıb.
Belə hadisələrin baş verməməsi, ölüm və xəsarətlərin olmaması, bu səbəbdən nəqliyyat sıxlığının yaranmaması üçün sürücüləri Yol hərəkəti haqqında qanunun müvafiq maddələrinə diqqət yetirməyə və əməl etməyə çağırırıq.
Maddə 48. Nəqliyyat vasitələrinin üstün hərəkət rejimi ilə hərəkəti və bununla əlaqədar digər sürücülərin vəzifələri I.
Üstündə «polis», «təcili tibbi yardım», «yanğınsöndürən» yazılar olan, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər nəqliyyat vasitələri xüsusi tapşırığı yerinə yetirərkən üstün hərəkət rejiminə malikdirlər.
Bu şəraitdə onların sürücüləri xüsusi işıq və səs siqnallarını qoşmalıdırlar. II.
Yuxarıda nəzərdə tutulmuş nəqliyyat vasitələrindən biri yaxınlaşdıqda, hərəkətdə iştirak edən digər nəqliyyat vasitələrinin sürücüləri sağa dönmə işıq göstəricisini yandırmalı, üstün hərəkət rejimi ilə gedən nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat vasitəsini dayandırmalıdırlar.
Üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə daxil olmayan nəqliyyat vasitəsinin belə mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət etməsi qadağandır.