Bakıda təcili yardım maşınının aşdığı qəzanın görüntüləri Video

23.12.2024

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, dekabrın 5-i saat 13 radələrində paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində təcili tibbi yardım xidmətinə məxsus avtomobilin aşması ilə nəticələnən qəza baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisəni əks etdirən görüntülər bu gün sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən TƏBİB-ə məxsus “Mercedes” markalı sanitar avtomobilin və kəsişməyə daxil olan minik avtomobilinin bir-birini gözləmədən hərəkət etmələri məlum olur. Nəticədə minik maşını operativ nəqliyyat vasitəsinə çırpılaraq onu aşırıb.

Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.

Qəzanı əks etdirən görüntüləri təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью