Bakıda təhlükə yaradan avtoş Mamed həbs edildi 99TD097 VİDEO

16.12.2024

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Vaz 21074” markalı, 99-TD-097 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Muhəmmədəli Bayışlı saxlanılıb.

Avtosfer.az xəbər verir ki, sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə M.Bayışlının sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 30 sutka inzibati qaydada həbs edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью