Bakıda təhlükəli vəziyyət Nə baş verir?

14.11.2026

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Bakının Yasamal rayonunda, İnşaatçılar prospektindən Bakıxanov küçəsi istiqamətinə gedən yolda təhlükəli vəziyyət yaranıb.

"Yeni Sabah" Baku TV-yə istinadla bildirir ki, prospekt istiqamətindən gəlib sağa dönmək istəyən avtomobillər üçün 24 saat yaşıl işıq yansa da, dönmə manevrinin qarşısında piyada keçidi yerləşir.

Bu zaman həm sürücülər, həm də piyadalar üçün yaşıl işıq yandığından hər iki tərəf hərəkətdə üstünlüyə malik olduğunu düşünür. Onlayn mağaza

Nəticədə sürücülər qarşılarına çıxan piyadaları vurmamaq üçün qəfil əyləci sıxırlar. Arxadan gələn avtomobillər isə vaxtında dayana bilmədikdə toqquşma təhlükəsi yaranır.

Sakinlərin və sürücülərin dediklərinə görə, xüsusilə, axşam saatlarında həmin ərazidə qəzalar baş verir.

Nəqliyyat eksperti Elməddin Muradlı mövzu ilə bağlı danışarkən bildirib ki, həmin ərazidə piyada keçidinin quruluşu və yerləşdiyi nöqtə təhlükəlidir:

"Sözügedən ərazidə illərdir mövcud olan problem həllini tapmayıb. Daimi yaşıl işıq sürücüləri piyadalarla qarşılaşdıqları zaman riskli vəziyyətə salır. Digər tərəfdən, piyadalar da yolu təhlükəsiz şəkildə keçməkdə çətinlik çəkirlər. Burada dəfələrlə qəza olub".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью