Bakıda tələbələr arasında bıçaqlanma: saxlanılan var

04.11.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Bakı Humanitar Kollecində tələbələr arasında bıçaqlanma hadisəsi baş verib.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, hadisə kollecin "Gənclik korpusu"nun həyətində qeydə alınıb.

Belə ki, iki tələbə arasında yaranan mübahisə zamanı onlardan biri digərinə 6 bıçaq zərbəsi endirib.

Məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı şəxs müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью