Bakıda telefon və aksesuarlar oğurlayan şəxslər saxlanıldı

31.08.2026

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Qaradağda 70 min manatlıq telefon və aksesuarlar oğurlayan şəxslər saxlanılıblar.

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Qaradağ rayonu ərazisində fəaliyyət göstərən şirkətlərdən birinə məxsus anbardan ümumi dəyəri 70 min manata yaxın mobil telefon və aksesuarların oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı A.Bağırov və 35 yaşlı R.Rəsullu müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı R.Rəsullunun həmin anbarda işlədiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью