Bakıda təmir bu istiqamətdə sıxlığa səbəb oldu

16.02.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində, Çermet körpüsünün üzərində və Nəsimi rayonu, Alı Mustafayev küçəsi, körpünün üzərində təmir işləri aparılır.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bu səbəbdən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью