Bakıda təmir sexində yanğın: 2 avtomobil yanıb

09.11.2024

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı şəhərinin Nərimanov rayonunda yanğın olub.

Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 6500 m² (hər mərtəbəsi 1300 m²) olan beşmərtəbəli obyektin birinci mərtəbəsində yerləşən sahəsi 80 m² olan avtomobil təmiri sexinin içərisində təmirə dayanan “Nissan” və “Hyundai” markalı minik avtomobillərinin yanar hissələri, 30 paq.m elektrik kabeli və 8 ədəd qoruyucu açar yanıb.

Obyekt yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью