Bakıda terapiya mərkəzi ilə bağlı iki inzibati iş açıldı

23.11.2026

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda fəaliyyət göstərən “Sense Terapi Mərkəzi” MMC və onun vəzifəli şəxsi barəsində başlanmış inzibati xəta işləri bir icraatda birləşdirilib.

Qaynarinfo-nun məlumatına görə, Bakı şəhəri Binəqədi Rayon Prokurorluğu tərəfindən şirkət və onun vəzifəli şəxsi Əlili İkbar İlqar oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb.

Hər iki material ayrı-ayrılıqda məhkəməyə göndərilib və müxtəlif hakimlərin icraatına verilib. Şirkət barəsində olan iş 3(5-93)-9504/2026, vəzifəli şəxs Əlili İkbar İlqar oğlu barəsində olan iş isə 3(5-93)-9505/2026 nömrəsi ilə qeydiyyata alınıb.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, eyni inzibati xəta hadisəsi ilə bağlı həm hüquqi şəxs, həm də onun vəzifəli şəxsi barəsində icraat aparılır. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən, belə hallarda hüquqi və vəzifəli şəxslərin inzibati məsuliyyəti məsələlərinə bir icraat daxilində baxılmalıdır.

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyev İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq hər iki işin birləşdirilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, “Sense Terapi Mərkəzi” Bakı və Abşeron yarımadasında fəaliyyət göstərən, əsasən duyğu bütünləməsi (sensor inteqrasiya), uşaq inkişafı və psixoloji dəstək sahəsində ixtisaslaşmış terapiya mərkəzidir.

Dövlət Vergi Xidmətinin məlumatlarına əsasən, nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Əlili İkbar İlqar oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Bakıxanov küçəsi, ev 17 A-dır.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью