Bakıda təşkil olunacaq UFC Fight Night la bağlı DETALLAR

05.06.2025

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İyunun 21-də ilk dəfə Bakıda təşkil olunacaq "UFC Fight Night"la bağlı bütün detallar açıqlanıb.

BAKU.WS xəbər verir ki, gecədə əsas və ilkin kartın hərəsində 6 olmaqla, ümumilikdə 12 döyüş baş tutacaq.

"Baku Crystall Hall"da keçiriləcək yarışda oktaqona öncə saat 20-dən etibarən ilkin kartın iştirakçıları çıxacaqlar.

Saat 23-də isə əsas kartda mübarizəyə start veriləcək.

Yerli publika önündə 3 azərbaycanlı - Rafael Fiziyev, Nazim Sadıxov və bu yaxınlarda UFC ilə müqavilə bağlamış Tofiq Musayev döyüşəcəklər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью