Bakıda təşkil olunan dünya çempionatının 1/8 final mərhələsinin biletləri satışa çıxarılıb

26.05.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının 1/8 final mərhələsinə biletlər satışa çıxarılıb.

Oxu.Az xəbər verir ki, 1/8 final görüşlərinin biletləri 5-8 manat təşkil edir.

Hələlik Milli Gimnastika Arenasının aşağı tribunalarına yerlər satışa çıxarılıb.

Qeyd edək ki, yarışın 1/8 final matçları hər gün dörd oyun olmaqla 27-28 mayda gerçəkləşəcək. Bir biletlə günün bütün qarşılaşmalarını izləmək mümkündür.

Azərbaycan milli komandası 1/8 final mərhələsi çərçivəsində sabah saat 20:30-da son dünya çempionu Rumıniyanı sınağa çəkəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью