Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Paytaxtın Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 20-də saat 11:00 radələrində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Tesla” markalı avtomobil ayırıcı bordürün üzərinə çıxaraq yol nişanını qoparıb və işıq dirəyinə çırpılıb. Daha sonra avtomobil əks yola çıxıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
bax.tvhttps://bax.tv/embed/229033.html