Bakıda tibb bacısını maşın vurdu Xəstəxanada keçindi

21.10.2025

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Bakının Nəsimi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, 1973-ci il təvəllüdlü Bikə Cəbrayılova Dövlət İmtahan Mərkəzinin qarşısında yolu keçərkən onu avtomobil vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Bikə Cəbrayılova Kliniki Tibbi Mərkəzdə tibb bacısı işləyirmiş. Hadisə o, axşam növbəsindən çıxıb evə gedərkən baş verib.

Zaur, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью