Bakıda ticarət dövriyyəsinin həcmi 5 faizədək artıb AZƏRTAC

04.11.2024

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 4 noyabr, AZƏRTAC

Cari ilin yanvar-sentyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artaraq 24 milyard 949,1 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artaraq 14 milyard 219,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8,4 faiz artaraq 10 milyard 729,3 milyon manata bərabər olub.

İstehlak məhsullarının 36,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə 49,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью