Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır. “Azərbaycanda tikinti biznesi (çoxmərtəbəli yaşayış binalarının tikintisi) dərəbəyliyi
“Dövlət-özəl tərəfdaşlığı” bizdə varsa, əsasən elə bu sahədədir. Amma bu tərəfdaşlıq mənfi mənadadır.
Məmurlar da qazanır, tikinti işbazları da. İtirən isə ölkəmiz və vətəndaşlarımızdır. Çoxları bu sahənin necə işlədiyini bilmir.
Odur ki, açıram sandığı – tökürəm pambığı”. Hurriyyet.az xəbər verir ki, bu açıqlama ilə hüquqşünas Əkrəm Həsənov çıxış edib.
O, tikinti şirkətlərindəki maxinasiyaların detallarını açıqlayıb, onları ifşa edib. Ə.
Həsənov bildirib ki, Azərbaycanda tikinti işi ilə peşəkarlar, yaxud kifayət qədər vəsaiti olan şəxslər məşğul olmur.
Sadəcə əlində bir neçə yüz mini olan işbazlar məşğul olur. Hamı pulunu harasa qoyub qısa müddətdə böyük qazanc götürmək istəyir.
Tikinti sahəsi də ən uyğunudur: “Deməli, proses təxmini belə olur.