Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
"Bu gün Bakı şəhəri, bilirsiniz ki, iri paytaxt şəhəri olmaqla yanaşı, həm sənaye şəhəridir, həm tələbə şəhəridir. Bütün universitetlər burada cəmləşib. Bakı, eyni zamanda, turistik şəhərdir və iri miqyaslı tədbirlərin keçirildiyi məkandır. Demək olar ki, hər həftə Bakıda müxtəlif tədbirlər keçirilir".
Bu fikirləri Redaktor.az-a paytaxt yollarındakı tıxac, yerüstü nəqliyyat problemi haqqında danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi.
O əlavə etdi ki, Bakıda təmir işləri, yol-təmir və tikinti işləri aparılır, yeni obyektlər tikilir:
"Bunların hamısı, əlbəttə ki, yolların müəyyən müddətə bağlanmasına gətirib çıxarır. Yollar bağlanırsa, sıxlıq yaranır və bu sıxlıq da tıxaca çevrilir. Yol yoxdursa, nəqliyyat da yoxdur. Hazırda yol məsələlərini həll etmədən, alternativ yollar təklif etmədən və təşkil etmədən, yolların buraxıcılıq və ötürücülük qabiliyyətini artırmadan nəqliyyatın intensiv işləməsini, nəqliyyat vasitələrinin bir nöqtədən digər nöqtəyə vaxtında çatmasını təmin edə bilməyəcəyik. Yəni yol olmalıdır ki, avtobus da olsun. Ekspres avtobusların ödənişli və ya ödənişsiz olmasına artıq müvafiq qurumlar qərar verirlər. Onlar əllərində hansı resurslar varsa, həmin resurslara əsaslanaraq bu qərarı verirlər".
NURİYYƏ