Bakıda tıxaca görə bu yolda işıqforlar quraşdırıldı

25.09.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən paytaxtın Binəqədi rayonu, Atatürk prospekti ilə Əcəmi Naxçıvani küçəsinin kəsişməsində təhlillər aparılıb.

Nəqliyyatın intensiv olduğu, xüsusilə də günün gur saatlarında kəsişmədə yaranan sıxlığı aradan qaldırmaq üçün dərhal tədbirlərə başlanılıb.

“Cebheinfo.az” xəbər verir ki, bu məqsədlə nəqliyyatın nizamlı hərəkəti və piyadaların təhlükəsiz keçidinin təmin edilməsi üçün yeni işıqforlar quraşdırılıb.

“A” və “L” tipli olmaqla 7 ədəd dirək üzərində quraşdırılan işıqforlar artıq hərəkət iştirakçılarının istifadəsindədir.

Qeyd edək ki, sürücü və piyadaların təhlükəsizliyinin artırılması məqsədilə işlər davam etdirilir.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью