Bakıda tıxaca səbəb olan sürücü HƏBS OLUNDU

07.11.2024

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Noyabrın 7-də paytaxtda hərəkətin intensiv olduğu yolda təkrar xuliqanlıq hərəkətləri etməklə, nəqliyyat vasitələrinə mane yaradan şəxs saxlanılaraq həbs edilib. 

DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, dəfələrlə törətdiyi cinayət əməllərinə görə əvvəllər məhkum olunan, 32 yaşlı T.Ələsgərli barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə polis idarəsində cinayət işi başlanılıb. 

Cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью