Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Şəhər mühitində mikromobilliyin təmin olunması yalnız avtomobil yollarının inkişafı ilə mümkün deyil. Bildirilir ki, həm piyada yollarının, həm də velosiped zolaqlarının təşkili və stimullaşdırıcı infrastruktura malik olması vacibdir. Bu, şəhərdə hərəkət azadlığının təmin olunması, avtomobil tıxaclarının azaldılması və ətraf mühitin qorunması baxımından əsas amillərdən biridir. Eyni zamanda, şəhər sakinlərinin gündəlik hərəkət rahatlığı və alternativ nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması üçün mikromobillik infrastrukturunun genişləndirilməsi mühüm rol oynayır.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, hazırda layihələndirmə zamanı əsas prioritet təkcə avtomobil yollarının deyil, həm də velosiped zolaqlarının genişləndirilməsi, saxlanılması və daimi qulluq olunması olmalıdır:
“Bu proseslər perspektivlər, ümumi baxış bucağı və rentabillik baxımından bir-biri ilə sıx bağlıdır. Əgər nəqliyyat vasitələrinin təkamülünü nəzərə alsaq, görərik ki, yol hərəkətinin təşkilində velosiped və piyadaların hərəkəti əsasən piyada səkilərinə bağlıdır”.
Ekspert əlavə edib ki, Azərbaycan Respublikasının “Yol Hərəkəti haqqında Qanun”una görə, velosipedçilər piyadalara bərabər tutulur:
“Bu o deməkdir ki, velosiped zolağı səki üzərində də təşkil oluna bilər. Nəticədə, səkilərin inkişafı və genişləndirilməsi avtomobil yollarının sayı azalmadan, səkilərin eninin artırılması hesabına mümkündür”.
Aslan Əsədov vurğulayıb ki, paytaxt Bakı kimi sıx şəhərlərdə bu, müəyyən çətinliklər yaradır, çünki yollar ensizdir və bəzən cəmi 6 metr eni olur. Regionlarda isə hərəkət intensivliyi daha az olduğundan velosiped zolaqlarının tətbiqi daha asandır.
Ekspertin sözlərinə görə, mikromobilliyi inkişaf etdirmək üçün yalnız avtomobil yollarına deyil, həm də səkilərin genişləndirilməsinə diqqət yetirilməlidir:
“Bu, tarixi abidələr və şəhərin mərkəzi hissələri istisna olmaqla, digər ərazilərdə perspektivli şəkildə həyata keçirilə bilər. Bakı ətrafı qəsəbələrdə isə avtomobil yollarının təmiri və genişləndirilməsi ilə paralel olaraq velosiped zolaqlarının şaxələndirilməsi mikromobillik məsələsini effektiv şəkildə həll etmiş olar”.
Qeyd edək ki, şəhər mühitində velosiped zolaqlarının təşkili həm alternativ nəqliyyat vasitələrinin istifadəsini artırır, həm də avtomobil tıxaclarının azaldılmasına və ətraf mühitin qorunmasına töhfə verir.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, hazırda layihələndirmə zamanı əsas prioritet təkcə avtomobil yollarının deyil, həm də velosiped zolaqlarının genişləndirilməsi, saxlanılması və daimi qulluq olunması olmalıdır: