Bakıda tıxacdan qaçan “Range Rover” sürücüsü qəza törətdi VİDEO

19.10.2026

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Binəqədi rayonu, “Sentralni” kimi tanınan ərazidə qayda pozan sürücülər kameraya düşüb.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın qaynar xəttinə videomaterial göndərərək məlumat verib. Hadisə oktyabrın 18-də axşam saatlarında qeydə alınıb.

Kadrlardan göründüyü kimi, tıxacda gözləmək istəməyən 77-RB-737 dövlət nömrə nişanlı “Hyundai” markalı, 90-FB-709 dövlət nömrə nişanlı “VAZ-2107” markalı və 10-QK-058 dövlət nömrə nişanlı “Range Rover” markalı avtomobillərin sürücüləri əks istiqamətli yola çıxaraq hərəkət ediblər.

Şikayətçinin sözlərinə görə, “Range Rover”in sürücüsü əks yola çıxarkən onun avtomobilinin güzgüsünə maddi ziyan vurub. Videoda da avtomobilin vurulduğu anda zərbənin səsi eşidilir. Daha sonra “Range Rover”in sürücüsü avtomobilini yolun kənarına çəkərək maddi ziyan vurduğu maşına yaxınlaşıb.

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/228006.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью