Bakıda tıxaclara son qoyacaq YENİ LAYİHƏLƏR

28.01.2026

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Yeni tunellər yolların buraxıcılıq qabiliyyəti artıracaq, yola sərf olunan vaxt qısalacaq".

BAKU.WS xəbər verir ki, bu barədə Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun inkişafına dair 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramının icrasına həsr olunmuş dəyirmi masa zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) idarə heyətinin sədri Anar Rzayev bildirib.

Onun sözlərinə görə, "Xaqani Rüstəmov-Ağa Neymətulla" layihəsi çərçivəsində yeni tunel Ağ Şəhər ərazisi, Babək prospekti ilə Heydər Əliyev prospekti və Nərimanov rayonu arasında əlaqəliliyin artırılması məqsədilə inşa edilir:

"Tunel "Excelsior" qovşağından yan keçməklə Ağ Şəhərdən və Nərimanovdan çıxışı mümkün edəcək. Bu isə şəxsi nəqliyyat istifadəçilərinin yola sərf etdikləri vaxtı qısaldacaq və "Excelsior" qovşağındakı yükü azaldacaq.

"Akademik Həsən Əliyev-"Koroğlu" m/st" layihəsi şərq istiqamətində (Aeroport) Bakıya alternativ giriş və çıxışın yaradılmasını nəzərdə tutur. Layihə çərçivəsində yaxın ərazilər arasında əlaqəliliyi artıracaq yeni tunel tikiləcək. Həmçinin Həsən Əliyev küçəsinin Əhməd Rəcəbli və Aşıq Molla Cümə küçələri ilə kəsişmələrində buraxılış qabiliyyəti artacaq.

"Bilgəh–Novxanı-VAZ dairəsi-Xırdalan-M-4" və "VAZ dairəsi–M-4 Şamaxı yolu" layihələri Bilgəhdən və ətraf qəsəbələrdən Sumqayıta və geriyə, həmçinin Xırdalandan Bilgəh və Sumqayıt istiqamətinə Xırdalan dairəsi və Masazır ərazisini keçmədən alternativ yolların yaradılmasını nəzərdə tutan, bir-bir ilə əlaqəli layihələrdir.

Eyni zamanda, VAZ dairəsinin yenidən qurulması, M1 və M4 avtomobil yolları arasında əlavə əlaqənin yaradılması Şamaxı, Sumqayıt, Lökbatan, Bilgəh və yaxın ərazilərdən daxil olan və çıxan nəqliyyat axınının Sumqayıt şosesinin yüklənmiş hissələrini yan keçməklə, alternativ yollar vasitəsilə yönləndirilməsinə imkan verəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью