Bakıda Tofaş yük maşını ilə toqquşdu, sərnişin öldü

17.12.2024

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində, Lökbatan-Xocasən avtomobil yolunun 2.5-ci kilometrində baş verib.

Nuriyev Rəhim Bəxtiyar oğlu idarə etdiyi “Tofaş” markalı avtomobillə İbrahimov Umud Rafiq oğlunun idarə etdiyi “MAZ 543302-2120“ markalı yük avtomobili toqquşub. Nəticədə “Tofaş" markalı avtomobilin sərnişini 33 yaşlı Həsənov Sadiq Azər oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью