Bakıda tonqal həkimin maşınını külə döndərdi Video

05.03.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Bakıda maşın yanıb, sürücüyə 15 min manatdan çox ziyan dəyib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının yaxınlığında maşın yanıb.

Hadisənin dünənki Od çərşənbəsi zamanı yandırılan tonqalın qalıqlarının tamamilə söndürülməməsi səbəbindən baş verdiyi ehtimal olunur.

Məlumata görə, bu gün klinikanın həkimlərindən biri avtomobili klinikanın qarşısında saxladıqdan bir neçə dəqiqə sonra maşında yanğın başlayıb. Nəticədə nəqliyyat vasitəsi yanaraq yararsız hala düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью