Bakıda torpaq çökdü: Evlər üçün təhlükə yarandı VİDEO

28.03.2026

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı şəhərinin Xətai rayonunda təhlükəli vəziyyət yaranıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Şahin Səmədov küçəsində yağan intensiv yağışlardan sonra həyətin bir hissəsində torpaq çökməsi baş verib.

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Nəticədə yaşayış evlərinin yaxınlığında iri çuxur əmələ gəlib.

Sakinlərin sözlərinə görə, ərazi hər an daha da çökə bilər və bu, evlər üçün ciddi təhlükə yaradır. Onlar bildirirlər ki, yaranmış vəziyyətlə bağlı aidiyyəti qurumlara məlumat versələr də, hələlik problemə müdaxilə olunmayıb.

Hazırda ərazidə risk davam edir və sakinlər mümkün faciənin qarşısının alınması üçün təcili tədbir görülməsini tələb edirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью