Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakının Əhmədli qəsəbəsində baş verdiyi bildirilən torpaq sürüşməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər sürüşmə riski olan ərazilərdə tikinti təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Hadisə bu cür ərazilərdə aparılan tikinti işlərinə nəzarətin yetərli olub-olmaması və risklərin vaxtında qiymətləndirilməsi ilə bağlı suallar yaradıb.
Bəs Bakıda sürüşmə təhlükəsi olan ərazilərdə tikinti işlərinə nəzarət kifayət qədər effektivdirmi? Gələcəkdə oxşar hadisələrin qarşısını almaq və insanların təhlükəsizliyini təmin etmək üçün hansı qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac var?
Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev Demokrat.az-a bildirib ki, binaların tikintisi zamanı ən vacib məsələ tikintinin təhlükəsiz və normativ tələblərə uyğun aparılmasıdır.
Onun sözlərinə görə, təəssüf ki, bəzi hallarda əsas məqsəd nəyin bahasına olursa-olsun tikinti aparmaq və daha çox gəlir əldə etmək olur:
“Tikinti üçün seçilən ərazinin gələcəkdə yarada biləcəyi risklər və geoloji xüsusiyyətləri isə kifayət qədər nəzərə alınmır. Bakıda elə ərazilər var ki, relyefi hamar deyil və tikinti üçün əlavə mühəndis hazırlığı tələb edir. Belə ərazilərdə tikinti aparılarkən yamaclar qazılaraq hamarlanır. Lakin bu işlər düzgün layihələndirilmədikdə yamacın təbii dayanıqlığı pozulur. Ən ciddi problemlər də məhz yamacın ətəyinin həddindən artıq qazılması nəticəsində yaranır.
Belə hallarda bir neçə metr hündürlüyündə olan yamacın aşağı hissəsindəki təbii dayaq aradan qaldırılır. Lakin onun əvəzində inşa edilən istinad divarları və digər möhkəmləndirici qurğular əksər hallarda kifayət qədər hündür və dayanıqlı olmur. Halbuki bu konstruksiyalar yamacın hündürlüyünə uyğun layihələndirilməlidir. Əks halda, güclü yağıntılar, seysmik təsirlər və ya torpağın yumşalması nəticəsində torpaq kütləsi istinad divarını aşaraq sürüşmələrə və digər təhlükəli hallara səbəb ola bilər.
Buna görə də yamacın dayanıqlığı pozulmuş ərazilərdə istinad divarlarının hündürlüyü və möhkəmliyi normativ tələblərə uyğun olmalıdır. Eyni zamanda, yumşaq torpaq qatlarının istinad divarını aşaraq fəsad törətməsinin qarşısı alınmalıdır.
Digər mühüm məsələ drenaj sisteminin qurulmasıdır. İstinad divarlarının arxasında suyun yığılmasının qarşısını almaq üçün mütləq drenaj xətləri çəkilməlidir. Əks halda, sular torpağı yumşaldır, dayanıqlığı azaldır və sürüşmə riskini artırır. Xüsusilə boş və töküntü torpaqlarda bu təhlükə daha yüksək olur.
Tikinti zamanı bir neçə metr dərinlikdə qazıntı aparıb cəmi bir metr hündürlüyündə istinad divarı tikmək düzgün yanaşma deyil. Belə hallarda yağıntılar, quraqlıq dövründə yaranan çatlar və digər təbii proseslər nəticəsində torpaq sürüşərək ciddi fəsadlara səbəb ola bilər.
Bu baxımdan, müvafiq dövlət qurumları belə ərazilərə ciddi nəzarət etməlidirlər. Tikinti şirkətlərinin normativ tələblərə əməl edib-etmədiyi yoxlanılmalı, aşkar edilən nöqsanların qısa müddətdə aradan qaldırılması tələb olunmalı, zərurət yarandıqda isə onlar barəsində qanunvericiliyə uyğun tədbirlər görülməlidir.
Sürüşmə və uçqun riski olan ərazilərdə istinad divarları yamacın hündürlüyünə uyğun inşa edilməli, drenaj sistemi tam qurulmalı və yağış sularının həmin qurğuları yuyaraq zəiflətməsinin qarşısı alınmalıdır.
Bu, tikinti mühəndisliyinin əsas texniki tələblərindən biridir.
Əslində bunlar adi tikinti-mühəndis normalarıdır. Lakin bu normalara əməl edilmədikdə torpaq sürüşmələri baş verir, ağaclar aşır, avtomobillərə və digər əmlaka ciddi ziyan dəyir.
Ona görə də binalar istismara qəbul edilərkən bu məsələlərə xüsusi diqqət yetirilməli, bütün mühəndis-texniki tələblərin yerinə yetirilməsi ciddi şəkildə yoxlanılmalıdır”, - deyə Ənvər Əliyev fikrini tamamlayıb.
Nuray Paşşanlı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Bəs Bakıda sürüşmə təhlükəsi olan ərazilərdə tikinti işlərinə nəzarət kifayət qədər effektivdirmi? Gələcəkdə oxşar hadisələrin qarşısını almaq və insanların təhlükəsizliyini təmin etmək üçün hansı qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac var?