Bakıda toy yasa döndü

04.09.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda toyda ölüm hadisəsi baş verib.

Axar.az Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən şadlıq evlərindən birində qeydə alınıb.

Toy məclisində rəqs edən, 1988-ci il təvəllüdlü Tural Musayevin vəziyyəti qəfildən pisləşib. Şadlıq evinə təcili yardım çağırılsa da onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью