Bakıda toyda baş verın faciənin TƏFƏRRÜATI

03.10.2025

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Bakıda şadlıq sarayında 36 yaşlı kişinin faciəli ölümünün təfərrüatı məlum olub.

Bakupost.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, hadisə sentyabrın 23-də Nizami rayonu ərazisindəki şadlıq saraylarından birində keçirilən toy mərasimində baş verib. Toyda qonaq qismində iştirak edən 1989-cu il təvəllüdlü Orxan Məhəmməd oğlu Qarayev foyedən birinci mərtəbəyə düşərkən ehtiyatsızlıqdan pilləkəndən yıxılıb. Nəticədə, o, ağır kəllə-beyin travması alıb və komaya düşüb.

Sentyabrın 23-də gecə saatlarında xəstəxanaya yerləşdirilən O.Qarayev oktyabrın 1-də axşam saatlarında xəstəxanada dünyasını dəyişib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью