Bakıda toyda dava: Bəy tərəflər arasında qaldı

23.06.2025

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Bakıda “İmperator Hall” şadlıq sarayında toy zamanı dava düşüb.

Gununsesi.info xəbər verir ki, toyda davaya səbəb mahnı sifarişi və rəqs etməklə bağlı olub.

Bəy Röyal Məmmədov tərəflər arasında düşən davanı sakitəşdirmək istəsə də, bu mümkün olmayıb. Daha sonra mübahisə restorandan çöldə davam edib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər. Dava zamanı kiminsə saxlanması barədə məlumat yoxdur.

İnsidentlə bağlı məlumat şadlıq sarayından təsdiq edilib.

Toy sahibləri Azərbaycanın Gədəbəy rayonundandır.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью